Qardabanidə gərginlik:  Vətəndaşlar yolu bağladı - FOTO


Gürcüstanın Qardabani rayonunun Kosalı kəndində itkin düşən Nurlanə Nəbiyevanın yaxınları və bir qrup kənd sakinləri etiraz əlaməti olaraq mərkəzi yolu bağlayıblar.

24News.ge xəbər verir ki, onların yolu bağlamasına və etiraz etməklərinə səbəb ötən gün itkin düşən Nurlanə Nəbiyevanın axtarışı ilə bağlı polisin hər-hansı tədbir görməməsi olub.

İtkin düşən gənc qızın yaxınları iddia ediblər ki, polis onlara qızın itməsindən 72 saat sonra axtarışlara başlaya biləcəklərini deyib, valideyinlər isə "bu vaxta kimi bəlkə qızı öldürəcəklər" deyə etiraz ediblər.

Hazırda əraziyə polis əməkdaşları gəlib və yolun açılması üçün danışıqlar gedir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu