Son Dəqiqə! Qardabanidə polislə vətəndaş qismən razılığa gəldi - FOTOLAR


Xəbər verdiyimiz kimi bu gün saat 15:00 radələrində, Qardabani rayonunun Kosalı kəndində ötən gün itkin düşən Nurlanə Nəbiyevanın yaxınları və bir qrup kənd sakinləri etiraz aksiyası keçirərək mərkəzi yolu bağlayıblar.

24News.ge xəbər verir ki, onların yolu bağlamasına və etiraz etmələrinə  səbəb isə ötən gün itkin düşən Nurlanə Nəbiyevanın axtarışı ilə bağlı polisin hər-hansı tədbir görməməsi olub.

1 saata yaxın yolu bağlı saxlayan sakinlər daha sonra əraziyə gələn polis əməkdaşları ilə axtarışların geniş şəkildə aparılması ilə bağlı razılığa gəlib və yolu açıblar.

Polislə razılaşan Nurlanə Nəbiyevanın yaxınları hazırda Qardabani rayon polis idarəsinin qarşısına gələrək hər hansı bir nəticənin olmasını gözləyirlər.

Xatırladaq ki, ötən gün Qardabani rayonunun Kosalı kənd sakini, 1997-ci il təvəllüdlü Nəbiyeva Nurlanə səhər saatlarında evdən çıxıb və bir daha evə qayıtmayıb. Yaxınları onun yaddaşında müəyyən problemlər olduğunu bildirilər.



Paylaş

Bizi Facebookda izləyin
menu
menu