İran hərəkətləndi: Əhalinin təhlükəsizliyini təmin etmək adı ilə sərhədə qoşun yeridilib



 Dağlıq Qarabağ savaşı Azərbaycan Ordusunun böyük üstünlüyü ilə davam edir, cəbhə xəttinə düşən raketlərlə yer üzü titrəyir. Azərbaycan hərbçiləri Ermənistanın təxribatlarına qarşı və torpaqlarını işğaldan azad etmək üçün əks-hücum əməliyyatlarını səngitməyib.

Bu arada İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur, Azərbaycanla Ermənistan sərhəd bölgələrinə İnqilabı Keşikçilər Korpusunun qüvvələrini yerləşdiklərini söyləyib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Məhəmməd Pakpur Şərqi Azərbaycan əyalətinə reallaşdırdığı ziyarət sonrası İran dövlət televiziyasına danışıb.



O, Azərbaycan ilə Ermənistan sərhəd bölgələrinə qüvvələr yerləşdiyini ifadə edərək, "Azərbaycan ilə Ermənistan arasındakı hərbi qarşıdurmalar səbəbiylə sərhəd bölgələrinə quru qüvvələrimizi yerləşdirdik. Hərbçilərimiz bölgə xalqının huzur və dincliyini, sərhəd təhlükəsizliyini təmin etmək məqsədiylə bölgədədir" deyə bildirib.

İran üçün qonşu ölkələrin torpaq bütövlüyü əhəmiyyətlidir deyən Pakpur eyni zamanda bildirib ki, sərhəd bölgələrində yaşayan iranlılara təhdid əmələ gətirəcək hər hansı addıma cavab verəcəklərini və sərhəd təhlükəsizliyini qoruyacaqlarını ifadə edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu