Düşmən itki verərək geri çəkilməyə məcbur edilib 


Qubadlı istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstəriblər.

Sherg.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilib. Nəticədə düşmənin silah-sursatla dolu dörd avtomobil və bir zirehli texnikası ələ keçirilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu