Qardabanidə itkin düşən qız tapıldı


Xəbər verdiyimiz kimi bu gün saat 15:00 radələrində, Qardabani rayonunun Kosalı kəndində ötən gün itkin düşən Nurlanə Nəbiyevanın yaxınları və bir qrup kənd sakinləri etiraz aksiyası keçirərək mərkəzi yolu bağlamışdılar.

24News.ge xəbər verir ki, onların yolu bağlamasına və etiraz etmələrinə səbəb isə, ötən gün itkin düşən Nurlanə Nəbiyevanın axtarışı ilə bağlı polisin hər-hansı tədbir görməməsi olub.

Axşam saat 18:00 radələrində sözügedən gənc qızın atasının xəbər portalımızın əməkdaşına verdiyi məlumata görə, Nurlanə Nəbiyeva artıq tapılıb. O deyib ki, bu gün baş tutan etirazlardan sonra polis ciddi axdarışlara başlayıb və onu huşsuz halda tapıblar. Qızın valideyninin sözlərinə görə, Nurlanə Nəbiyeva müalicə alır və yaddaşında müəyyən problemlər var.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu