Azərbaycan Prezidenti: Hər gün Ermənistana ən müasir silahlar göndərilir


Bu gün Ermənistan silahlanır. Hər gün Ermənistana ən müasir silahlar göndərilir, bizdə bu silahların siyahısı var. Reyslərin bütün məlumatları bizdədir - nə vaxt haradan, hansı şəhərdən uçub, Yerevana nə vaxt gəlib və içində nə var. İndi döyüşlər zamanı 300-ə yaxın Ermənistan tankı ya məhv edilib, ya da hərbi qənimət kimi götürülüb.

Haradandır bunlarda bu qədər pul? Kasıb bir ölkədir, nə pulu var, nə də imkanı. Müftə alıbdır. Altı “S-300” hava hücumuna qarşı zenit-raket kompleksi məhv edilib. Onların qiyməti bəllidir. Haradandır bu? Azərbaycan tərəfindən artıq məhv edilən “Tor”, “OSA” zenit-raket kompleksləri, pilotsuz uçuş aparatları, təyyarələr, “Toçka-U”, “SCUD” haradandır? Pulsuz verilib və verilir. Biz də buna səssiz qala bilmərik. Hər kəs bunu bilsin. Biz təkbaşına vuruşuruq.

 Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu faktları Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilən operativ müşavirədə bildirib.

“Mən bunları deyirəm ki, ilk növbədə, Azərbaycan xalqı real vəziyyəti bilsin və bilsin ki, biz nəyin bahasına torpaqlarımızı işğalçılardan azad edirik. Bilsin ki, əgər Ermənistana bu 27-28 il ərzində maliyyə, hərbi, siyasi yardım göstərilməsəydi, çoxdan torpaqlarımız işğalçılardan azad olunardı, özü də sülh yolu ilə. İndi baxın, erməni əsgərləri döyüş meydanından necə qaçır. Bütün bu görüntülər var. İndi bu görüntülərin, sadəcə olaraq, bir hissəsi mətbuatda öz əksini tapır. Amma bu, çox geniş bir videoməlumatdır. Əgər bu silahlar olmasaydı, bu siyasi dəstək olmasaydı, Ermənistan bizim torpaqlarımızı işğal altında saxlaya bilərdimi?. Əlbəttə ki, yox. Mən demişəm, biz onları qovuruq və qovacağıq. Azərbaycanın qarşısında heç kim dura bilməz”, - deyə dövlətimizin başçısı bildirib.

Ali Baş Komandan deyib: “Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik, Ermənistan ərazisinə keçməmişik, belə fikrimiz yoxdur. Elə fikir olsaydı, bunu çoxdan edərdik. Bunu etmək üçün o qədər də böyük səy göstərmək də lazım deyil”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu