İranda koronavirusa sutkalıq yoluxma sayında yeni rekord

İranda koronavirusa sutkalıq yoluxma sayında növbəti rekord qeydə alınıb.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Son sutka ərzində cənub qonşumuzun ərazisində 6 min 191 yeni yoluxma qeydə alınıb, ölənlərin sayı isə 296 nəfərə bərabər olub.
İranda ümumi yoluxma sayı 568 min 896-ya, COVID-19 qurbanlarının sayı isə 32 min 616-ya çatıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu