XİN rəsmisindən Ermənistanın atəşkəsi pozması ilə bağlı AÇIQLAMA

Bu gün səhər saat 08:05 radələrində yeni humanitar atəşkəsi kobud şəkildə pozaraq, Ermənistan silahlı qüvvələri Laçın şəhəri istiqamətindən Laçının Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələrini, həmçinin, Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutub.
Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva Baku TV-yə bildirib ki, bu, növbəti dəfə Ermənistan tərəfindən məqsədli şəkildə öz öhdəliklərinə məhəl qoyulmamasının və Beynəlxalq vasitəçilərin səylərinə açıq hörmətsizliyinin göstəricisidir. 

“Görünür, Ermənistan baş nazirinin bəyan etdiyi kimi, bu ölkə münaqişənin diplomatik həlli yolunu görmür və başlıca məqsədi Azərbaycanın ərazilərinin hərbi işğalına davam etdirməkdir.

Azərbaycan öz öhdəliklərinə sadiqdir və razılaşdırılmış humanitar atəşkəsə hörmət nümayiş etdirir. Atəşkəsin pozulması və bölgədə gərginliyin davam etməsinə görə, bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərindədir”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu