Koronavirus xəstəsi komendant postunda saxlanıldı

Oktyabrın 21-də saat 22 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisindəki komendant postunda qəsəbə sakini O.Axundovun idarə etdiyi “Hyundai” markalı avtomobil saxlanılıb.

DİN mətbuat xidmətindən "Sherg.az"a verilən məlumata görə, araşdırma nəticəsində O.Axundovun aktiv koronavirus xəstəsi olması müəyyən edilib. COVID-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılaraq, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaratdığı diqqətinə çatdırılıb. Ona digər şəxslərlə təmasda olmaması üçün tövsiyələr verilməklə, müalicəsini davam etdirmək üçün müvafiq ünvana yerləşdirilib.

Onun hərəkətlərində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimi qaydalarının pozulmasının tərkib əlamətləri olduğundan fakta görə Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu