BMT-dən cinayətkar qrupların saxta koronavirus peyvəndi hazırlaması barədə XƏBƏRDARLIQ

Mütəşəkkil cinayətkar qruplar koronavirus əleyhinə saxta dərman və peyvənd istehsalında çox aktivdirlər.

“RİA Novosti” agentliyi xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Qada Vali deyib.

“Hökumətlər, xəstəxanalar və müxtəlif təşkilatlar qoruyucu vasitələr almağa tələsirlər, bu səbəbdən tələb çoxdur, buna görə saxta dərmanlar və saxta fərdi qoruyucu vasitələr istifadə üçün risklidir və mütəşəkkil cinayətkar qruplar bu sahədə aktivlik göstərir.

Onların peyvəndin hazırlanması dövrü boyunca aktiv olmasını gözləyirik”, - deyə BMT rəsmisi xəbərdarlıq edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu