Ərdoğan Türkiyə vətəndaşlarına Fransa məhsulları ilə bağlı ÇAĞIRIŞ

"Avropada müsəlmanlara aid iş yerləri, evlər, məktəblər demək olar hər gün faşist təşkilatların hücumuna məruz qalır".

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Məhəmməd peyğəmbərin mövludu həftəsinin açılışında çıxışı zamanı deyib.

“Necə ki, Fransada Türkiyə istehsalı olan məhsulları almayın deyirlərsə, mən də buradan millətimə səslənirəm. Fransız məhsullarını satın almayın”, - deyə Ərdoğan vurğulayıb.

Ərdoğan qeyd edib ki, bu günlərdə islam dünyası çox çətin günlər yaşamaqdadır: “Qərb dövlətlərində müsəlmanlara qarşı hüquq pozuntuları adi hal alıb. Etnik və dini kimliyinə görə şiddətə məruz qalan milyonlarla müsəlman qardaşımız var. Bütün bunlar dünyanın gözü qarşısında baş verir. Xüsusilə xristian dünyasına, yəhudilərə çağırış edirəm. Biz xristiana da, yəhudiyə də sahib çıxırıq. Dünya liderlərinə səslənirəm. Gəlin Fransada, Almaniyada zülmə məruz qalan müsəlmanlara da sahib çıxaq. Müsəlman qadınlar geyimlərinə görə təzyiqlərə məruz qalırlar, uşaqların təhsil haqları əllərindən alınır. Hər gün müsəlmanlara hücum xəbərlərini eşidirik. Qərb siyasətçiləri daxili və xarici siyasətlərindəki uğursuzluqlarının səbəbini müsəlmanlarla əlaqələndirirlər. Müsəlmanları düşmən elan etməklə, heç bir qazanc əldə edə bilməyəcəksiniz. Bu yolun sonu fəlakətdir”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu