Dələduzluq ! – “Mal əti adı altında at əti satırlar” – Saxlanıldılar! 

Cari il ərzində Azərbaycanda qanunsuz at və digər heyvan ətlərinin satışına tez-tez rast gəlinir. Obyekt sahibləri baytarlıq ekspertizasından keçməyən məhsulların satışına görə qanunla müəyyən edilmiş qaydada şəxsən məsuliyyət daşıyırlar. Son illərdə Azərbaycanda at əti satmağa cəhd edənlər saxlanılır. Onlar barəsində cinayət işi açılır, ən yaxşı halda isə böyük məbləğdə cərimə olunurlar. Bu gün Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yararsız at ətlərinin kəsimi və satışı ilə məşğul olan şəxslər saxlanılıb.

Cəlilabad RPŞ əməkdaşları tərəfindən Cəlilabad rayonunun Sərhədabad kənd sakini C.Mirzəyevin idarə etdiyi “VAZ” markalı avtomobilə baxış keçirilib. Baxış keçirilən zaman oradan 34 kiloqram sümüksüz at əti aşkar edilərək götürülüb.



Məsələyə münasibət bildirən Qida təhlükəsizliyi üzrə ekspert Elsəvər Fərzəliyev “Sherg.az”a açıqlamasında bildirib ki, qanunsuz at əti ilə məşğul olanlar ancaq müftəxorlardır:

“Orta Asiyada at əti satışı açıq şəkildə aparılır. Lakin Azərbaycanda at ətinin satılması, qanunla nəzərdə tutulmur, bizdə heyvan və quş əti nəzərdə tutulur.At əti  azərbaycanlı əhalinin qida rasionuna uyğun deyil. Düşünürəm ki, at ətini camış və ya mal əti adı altında satırlar. Siz, yaxud mən, mal ətini kənara qoyub, at ətini almarıq. Zənnimcə, bu qanun pozuntusunu həyata keçirilənləri cəzasız qalmayacaq. At əti ümumilikdə ət sənayesi üçün xammal olsa da, Azərbaycanda bundan istifadə olunmur".

Aygün Mustafayeva 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu