Ermənilər bu gün rayonlarımıza 100-dən çox mərmi atıb

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ermənilərin Azərbaycanın Ağcabədi, Tərtər və Ağdam rayonlarını atəşə tutmasına münasibət bildirib.
"Sherg.az" xəbər verir ki, bu barədə o özünün rəsmi "Twitter" hesabında məlumat paylaşıb:
"Saat 8.00-dan 13.00-dək Azərbaycanın Ağcabədi, Tərtər, Ağdam bölgələrinə 100-dən çox top mərmisi atılıb. Atəşlər nəticəsində mülki şəxslər hədəf alınıb. Ermənistan humanitar atəşkəslə bağlı öhdəliklərini necə yerinə yetirir. Xoşbəxtlikdən vətəndaşlar arasında itki yoxdur".




Paylaş

Bizi Facebookda izləyin
menu
menu