Xalq yumruq kimi birləşib ! – “Əsgərlərimizin, ordumuzun yanındadır”

“Novco Group of Companies”in təsisçisi və direktoru, biznesmen, səyyah, alpinist və bloger Fərid Novruzi xidmətdə olan əsgərin arzusunu həyata keçirib. Fərid Novruzi Hadrutun azad edilməsində iştirak edən əsgərə onun da arzusuna uyğun olaraq "Mersedes" markalı avtomobil alıb. Biznesmen bunu "Facebook" səhifəsində paylaşıb:
"Əziz dostlar, Sözümüz sözdür! Hadrut uğrunda döyüşən əsgər qardaşımın xəyal etdiyi, iki qapılı Mersedes markalı maşını Allahın lütfü ilə aldım. Əslində, sizin köməyinizlə bu məlumatın ona çatdırılmasını xahiş etmək istərdim, lakin yəqin ki, qardaş döyüş bolgəsindədir və fikrini yayındırmayaq. Allah onun qoluna qüvvət versin və Qarabağ qazisi olaraq sağ salim evinə-ailəsinə qaytarsın, bizə də bu hədiyyəni ona bilavasitə verməyi nəsib etsin. Amin!

Maşının nömrəsi də özəldir Zəfər Yolunda, 028-də (Xocavəndin avtomobil seriyasıdır)"- deyə o, qeyd edib.

Bu gün dövlətimizlə bərabər, bütün vətəndaşların bir amalı var: O da əsgərlərimizə xidmət etməkdir. Maddi durumundan asılı olmayaraq müzəffər ordumuza yardım edən, əsgərlərimizi düşünən xalqımız var. Dəfələrlə bunun şahidi olduq. Kimisi şəhidlərimizin ailə üzvlərinə maddi yardım göstərdi, kimisi də əsgərimizi arzusuna çatdırdı.

Baş verənlərlə bağlı “Sherg.az”a danışan “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, xalq hər zaman bir yumruq kimi birləşib, əsgərlərimizin, ordumuzun yanında olub:

“Kimin əlində nə gəlirsə, onu da edir. Xalq əsgərimizin, qazimizin, şəhidimizin və onların övladlarının problemlərini həll etmək üçün çalışır. Xüsusilə imkanlı şəxslər bunu öz üzərinə götürsə, bu, hər kəs üçün örnək olar. Düzdür, onsuz da dövlətimiz hər şeyi edir. Amma o demək deyil ki, vətəndaşlarımız əsgərə kömək etməməlidir. Məsələn, Türkiyədə “Mehmetcik” yardım fondu var.  Həmin fonda imkanlı şəxslər müəyyən miqdarda pul köçürürlər, hədiyyələr verirlər. Əlbəttə, kimin imkanı varsa, əsgərimizin qayğıları ilə maraqlana bilər. Bu, çox gözəl təşəbbüsdür”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu