Pakistan səfiri: “Biz Azərbaycanın hüquqi haqqını dəstəkləyirik”


“Biz Azərbaycanın cəsur Ordusunun öz torpaqlarını işğaldan necə azad etdiyini yaxından izləyirik”.

APA-nın xəbərinə görə, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee jurnalistlərə açıqlamasında deyib.

“Onlar başqasının torpağında yox, öz torpaqlarında döyüşürlər və uzun müddətdir işğal altında olan torpaqlarını azad etməyə çalışırlar. Biz bunu hüquqi, legitim mübarizə hesab edirik. Bu, beynəlxalq hüquqda da öz əksini tapıb. Öz ərazinizi, Vətəninizi müdafiə etmək sizin haqqınızdır. Buna görə də biz bu məsələdə Azərbaycanı, onun hüquqi haqqını dəstəkləyirik”, - deyə səfir vurğulayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu