“Elektron kabinetdə uçot məlumatlarının dəyişdirilməsi” mövzusunda onlayn treyninq keçirilib

15 Sentyabr-24 Oktyabr 2020-cı il tarixləri arasında Sumqayıt, Gəncə, Lənkəran, Xaçmaz, Mingəçevir, Şirvan, və Yevlax şəhərindən olan mikro və kiçik sahibkarlar üçün “Elektron kabinetdə uçot məlumatlarının dəyişdirilməsi” mövzusunda onlayn treyninq keçirilib. 

“Sherg.az” xəbər verir ki, təlimlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin (SER) “Sahibkarlar arasında Könüllü və İntizamlı Vergi Ödəyicisi olmağın təbliği” layihəsi çərçivəsində reallaşdırılıb.
  
Tədbirləri giriş sözü ilə Dövlət Vergi Xidmətinin baş dövlət vergi müfəttişi Abdurəhmanov Bəxtiyar açıb. O, çıxışında sahibkarlığın inkişafında Vergi inzibatçılığının və xidmətinin rolundan bəhs edib. 
Daha sonra  İRÖİB-in sədri, layihənin rəhbəri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev COVİD-19 üzrə sahibkarın məsuliyyəti, könüllü vergi ödəmə, Dövlət Vergi Xidmətinin təqdim etdiyi elektron xidmətlər, uçota alınmanın və uçot məlumatlarının dəyişdirilməsinin qanunvericilik əsasları, yayınmalar və biznesin vergi riskləri, Vergi Məcəlləsində nəzərdə tutulan Vergi Güzəştləri, fərdi sahibkarların elektron kabinetlərində şəxsi məlumatlarının dəyişdirilmısi istiqamətlərində muhazirə oxuyub. 
Sonra İqtisadi Resurların Öyrənilməsi İctimai Birliyinin icraçı direktoru Qafqaz Qəhrəmanlı isə elektron məlumat bazasında sahibkarlıq subyektlərinə mənsub məlumatların yeniləşdirilməsi və dolğunluğunun təmin olunması, elektron kabinet və kargüzarlıqdan istifadə, məktubların nəzərdən keçirilməsi qaydaları mövzularında çıxış edərək sahibkarların elektron kabinetlərində uçot məlumatlarının dəyişdirilməsini praktiki yöndən izah edərək iştirakçılarla birlikdə nümunələr üzərində işləyib.
 
Tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallara cavab verilib.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu