Düşmən əsgərləri narkotikdən istifadə edir! - FAKTDIR


Ermənistan ordusunda narkotik maddələrdən istifadə edilməsi ilə faktlar üzə çıxıb. Əlbəttə, bu, o qədər də təəccüblü deyil. Terrorçudan bundan başqa nə gözləmək olar ki? Nəinki özlərinə, heç işlərinə, əyinlərindəki zabit mundirlərinə də hörmət etmirlər. Adam bilmir gülsün, ya ağlasın...

 Hərbi ekpert Ramil Məmmədli “Sherg.az”a açıqlamasında bu məlumatı təsdiqləyib:

“Hərbi əməliyyatların hələ ilk günlərində, Hadrut azad olunanda hərbçilərimiz əsgər yataqxanasına baxış keçirmişdilər. Bu zaman orada narkotik maddələrdən istifadə kimi hallar müəyyənləşmişdi. Əslində biz gəlir əldə etmək məqsədilə Dağlıq Qarabağda narkotik becərilməsini əvvəldən bilirdik. Sözsüz ki, bu, ordu disiplinasına ziddir. Narkotik istifadəçisi döyüş qabiliyyətini, nizam-intizamını mütləq itirir. Son vaxtlar düşmən ordusunda vaş verən hadisələr, o cümlədən çaxnaşmalar, əsgərlərin komandirlərin əmirlərinə tabe olmaması dediyimiz faktı sübut edir”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu