"Uşaqdan böyüyə bütün xalq birdir"

Hamımız həmrəyik. Allahın izni ilə bütün torpaqlarımızı azad edəcəyik

Bir aydır ki, davam edən haqq savaşımızın nəticəsində torpaqlarımızın bir hissəsi işğaldan azad olunub. Rəşadətli ordumuzun bayrağımızı sancdığı Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərinə Qubadlı da əlavə edildi. Bununla yanaşı, kəndlərimiz, əhəmiyyətli mövqelərdə yerləşən yüksəkliklərimiz, bir sıra yaşayış məntəqələrimiz geri qaytarılıb. Hələ ordumuzun ələ keçirdiyi, cənab Prezidentin çıxışlarında fəxrlə açıqladığı hərbi qənimətləri demirik. Onlar isə düşmənin ağır məğlubiyyətlərə düçar olduğunun bariz sübutudur.  

Əlbəttə, sadaladığımız zəfərlər, uğurlar hər birimizi fərəhləndirir. 

“Sherg.az”la həmsöhbət olan Əməkdar artist Zakir Əliyev də çox sevincli olduğunu dilə gətirib. Sənətkar millətimizə bütöv Azərbaycanın vətəndaşı olmağı arzulayıb:

“İnşallah, ayağımızı yerə möhkəm basacağıq. Allah Prezidentimizə can sağlığı versin, ordumuzu qorusun. Əsgərlərimiz, zabitlərimiz tarix yazırlar. Hazırda uşaqdan böyüyə bütün xalq birdir. Millət əsgərin yanındadır, əsgər də Prezidentimizin... Hamımız həmrəyik. Allahın izni ilə bütün torpaqlarımızı azad edəcəyik. Əsgərlərimiz düşmən atəşinə tuş gəlməsinlər. Hamısı bizim balalarımızdır. Allah millətimizə o xoş günü nəsib etsin. Prezidentimiz efirdə desin ki, savaş bitdi, Qarabağ torpaqlarını azad etdik, sərhədlərimiz möhkəmləndi.  Biz də əl-ələ verib orada sökülmüş evləri bərpa edək. Torpaqlarımıza  sahib çıxaq. Dövlətimiz, türk dünyası güclənsin, Allah bizə həmişə zəfər qismət eləsin”.

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu