Smartfon dünya şəbəkəsidir !- Şəkil çəkilən kimi düşmən əsgərlərimizin mövqeyini öyrənir” – Etməyin !

“Beləliklə böyük problem yaranır. Bütün bunları vətəndaşlara davamlı olaraq izah etmək lazımdır”

“Hərbidə olan şəxslərin smartfonlardan istifadə etməməsinə dair bir əmr olmalıdır”

“Vətəndaşlarımızın sosial şəbəkələrdə cəbhə ilə bağlı foto və videoların yayılmasının düzgün olmadığını başa düşmələri üçün durmadan təbliğat aparmaq lazımdır”


Son günlər sosial şəbəkələrdə cəbhə ilə bağlı məlumatların, video və ya fotoların paylaşılması halları ilə tez-tez rastlaşırıq. Sentyabrın 27-dən etibarən ölkəmizdə internetə giriş imkanları məhdudlaşdırıldı. Başlıca məqsəd dezinformasiyaların qarşısını almaq, həmçinin ordumuz və əsgərlərimizin təhlükəsizliyini təmin etmək idi. 

Müdafiə Nazirliyi dəfələrlə əhaliyə müraciət edib. Hətta müxtəlif maarifləndirici tədbirlər görülür. Cəbhədən hansısa görüntülərin, əsgərlərimizin fotolarının yayılması hallarının yolverilməz olduğu diqqətə çatdırılır. Çünki mənfur düşmən bu fotolardan istifadə edərək təxribata əl atırlar. Lakin yenə də vətəndaşlar sosial şəbəkələrdə hərbçilərimizin  görüntülərini paylaşırlar. Təəssüf ki, bir çoxları sosial platformaların ziyanları barədə yetərli məlumata malik deyillər.

Baş verənləri “Sherg.az”a şərh edən  “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı bildirib ki, sözügedən məsələ hər bir insanın təfəkkürü ilə əlaqədardır. Onun sözlərinə görə, müəyyən tədbirlər görülməlidir ki, vətəndaşlarımız sosial şəbəkələrdə foto və videoların yayılmasının düzgün olmadığını başa düşsünlər:

“Görünür bizdə hansısa cəzalanma tətbiq olunmadıqda insanlar nəyisə anlamırlar. Bu sahədə təbliğat aparılmalı, izahatlar verilməldir. Uyğun müqayisə olmasa da, söyləmək istəyirəm. 

Bir zamanlar sürücülər piyadalara yol vermirdilər. Ona görə də təbliğatlar aparıldı və cərimələr tətbiq olundu. Cərimələrdən sonra insanlar bunun nə üçün edildiyini anlamağa başladılar və bir refleks əmələ gəldi. Hazırda vətəndaşlarımızın sevincini anlayıram. Bunların hamısı təbiidir. Amma təəssüf ki, bütün bunların acı nəticələri də olur. Ona görə də bu sahədə durmadan təbliğat aparmaq lazımdır”.

E.Şıxlı qeyd edib ki, əsas problem smartfonlardır. Gərək hərbi qulluqçularımızda smartfonlar olmasın:

“Hərbidə olan şəxslərin smartfonlardan istifadə etməməsinə dair bir əmr olmalıdır. Bu zaman əmr yerinə yetirilməlidir. Müdafiə Nazirliyinin azad edilmiş ərazilərimizdən çəkilişlərini görürük. Məncə daha geniş çəkilişlər olmalıdır.

Əvvəllər hərbi operator deyilən bir anlayış var idi. Neçə illər sülh şəraitində yaşamışıq, hərbi operatorlar anlayışı olmayıb. Müdafiə Nazirliyinin təşkilatçılığı ilə döyüşlərin gedişatı çəkilməlidir ki, sonradan bunların əsasında sənədli filmlər olsun, vətənpərvərlik ruhunda filmlər çəkilsin, qəhrəmanlarımızı tanıyaq.

Doğurdan da böyük qəhrəmanlıq göstərən övladlarımız var. Lakin hazırda smartfonlar dünya şəbəkəsidir, şəkil çəkilən kimi düşmən əsgərlərimizin harada olduğunu öyrənir. Beləliklə böyük problem yaranır. Bütün bunları vətəndaşlara davamlı olaraq izah etmək lazımdır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu