"Bərdəyə raket atılması nəticəsində ölənlərin sayı 4-ə çatdı" - Hikmət Hacıyev - YENİLƏNİB

“Ermənistan silahlı qüvvələrinin Bərdəyə raket hücumu nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb”.

Lent.az -ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında bildirib.

***

17:45

Bərdəyə raket atılması nəticəsində ölən və yaralananlar var.

Lent.az xəbər verir ki ,bu barədə prezidentin köməkçisi Hikmət Hacıyev özünün rəsmi "Twitter" hesabında məlumat verib:

"Humanitar atəşkəsi pozaraq və davamlı hərbi itkilərini ödəmək üçün Ermənistanın Bərdə rayonunu nəhəng raket hücumuna məruz qoyması nəticəsində 3 mülki şəxs ölüb, uşaq və qadın da daxil olmaqla 10 nəfər ağır yaralanıb. Ermənistanın müharibə cinayətləri davam edir. Bu gün Ermənistan müdafiə nazirliyi açıqlama verərək sərt vuracaqlarına dair açıqlama vermişdi. Bununla onlar mülki şəxsləri, uşaqları və qadınları nəzərdə tuturlar".

***

Saat: 17:36

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ermənilərin Bərdəni atəşə tutmasına münasibət bildirib.

Lent.az xəbər verir ki, o, bu barədə özünün rəsmi "Twitter" hesabında məlumat paylaşıb:

"Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi vəhşicəsinə pozaraq Azərbaycanın Bərdə rayonundakı mülki əhaliyə raketlərlə hücum edib. Bu dəhşətli hücum nəticəsində bir mülki öldürülüb və dörd mülki yaralanıb. Ermənistanın hərbi cinayətləri dayandırılmalıdır".



Paylaş

Bizi Facebookda izləyin
menu
menu