Birinci vitse-prezidentin köməkçisi: “Paşinyanın sülhpərvərliyi budu?”

“Paşinyanın sülhpərvərliyi budu? Kifayətdi ki, Bərdədə mülki əhalini Smerch raketləri ilə bombalayasan”.
Bunu Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi Emin Hüseynov özünün “Twitter” hesabında yazıb və Ermənistanın Baş naziri Nikol Paşinyanı işarələyib.
“Paşinyan insanlığa qarşı müharibə cinayətləri törədən bir cinayət rejimi idarə edir”.

Ermənistanın silahlı qüvvələri Bərdədə mülki əhaliyə qarşı “klaster” tipli “Smerç” raketlərindən istifadə ediblər. Nəticəsində biri iki yaşlı körpə olmaqla dörd nəfər öldürülüb, 13 nəfər isə yaralanıb.

How peaceful is @Pashinyan?
Enough to bomb civilians in Barda with cluster Smerch missiles. @Pashinyan runs a criminal regime committing war crimes against humanity. #ArmeniaKillsCivilians #StopArmenianAggression #StopArmenianOccupation #KarabakhisAzerbaijan pic.twitter.com/Km1UZCNmKE

— Emin Huseynov (@emin274) October 27, 2020

Paylaş

Bizi Facebookda izləyin
menu
menu