MN: Azərbaycan ordusu Xocavənd və Laçını atəşə tutmur

Xocavənd və Laçın ərazilərinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutması barədə Ermənistan mətbuatının yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.  

“Əksinə, oktyabrın 27-də saat 16.00 radələrində Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə rayonu ərazisini “Smerç” yaylım atəşli reaktiv sistemləri ilə atəşə tutub. Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu müharibə cinayəti nəticəsində mülki şəxslər, o cümlədən azyaşlı uşaq həyatını itirib və aralarında uşaqlar və qadınlar olmaqla xeyli sayda mülki şəxs xəsarət alıb”, - məlumatda deyilir.

Azərbaycan Ordusu bütün cəbhə boyu humanitar atəşkəs rejiminə əməl edir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu