Çürüyən cəsədlərini götürməkdən imtina edirlər

"Ermənistan rəhbərliyi xalqın qəzəbindən qorxur"


Azərbaycan humanist prinsiplərlə birtərəfli qaydada erməni əsgərlərin cəsədlərini Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Ermənistana təhvil verməyə hazırdır. Bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində bildirib. Prezidentin köməkçisi qeyd edib ki, oktyabrın 18-də Azərbaycanın cəsədləri birtərəfli qaydada qaytarmağa hazır olduğunu bəyan etməsinə baxmayaraq, Ermənistan hələ də cavab vermir. 

Mövzu ilə bağlı "Şərq"ə fikirlərini dəyərləndirən politoloq Xəyal Bəşirov bildirib ki, cəbhə bölgəsindəki vəziyyət aktiv fazaya keçəndən sonra işğalçı Ermənistan rəhbərliyinin təxribat xarakterli hərəkətləri daha da intensiv hal alıb. Politoloq bildirib ki, onların atdıqları hər bir addımın arxasında təxribat və müxtəlif məkrli niyyətlər dayanır:

"Onlar gah muzdluların, gah terrorist görünüşlü hərbçilərin və onlarla birlikdə Azərbaycan ordusuna aid olan müxtəlif hərbi geyimli şəxslərin görüntülərini yaymaqla ölkəmiz, o cümlədən ordumuz  barədə dünya ictimaiyyətində mənfi fikir formalaşdırmaq niyyətindədirlər. Yəni bununla onların əsas məqsədləri özlərinə xas olan vəhşilikləri, habelə beynəlxalq hüquqa və müharibə qanunlarına zidd hərəkətləri Azərbayan ordusunun adına yazmaqdır. Bundan başqa məkrli düşmən bir tərəfdən dünya dövlətlərinə səslənərək humanitar atəşkəsin elan olunmasına nail olurlar, digər tərəfdən də  mülki obyektlərimizi hədəfə alaraq atəşkəsi kobudcasına pozurlar. Bununla da döyüş meydanında çürüməkdə olan meyitlərini götürməkdən imtina edirlər.

Çünki onlar gələcəkdə canlı qüvvə itkisinin sayının gizlədilməsinə çalışırlar. Ermənilər öz əhalisini bir daha aldadaraq cəsədləri çürüməkdə olan hərbçilərin ölmədiklərini bildirirlər, nəticədə guya, Azərbaycan tərəfə əsir düşmələri ilə bağlı yalan məlumatlar verirlər. Cəsədləri götürməkdən imtina real vəziyyəti gizlətmək məqsədi daşıyır. Beləliklə, bir daha aydın olur ki, Ermənistan cəsədləri götürmək istəmir, çünki mövcud siyasi-hərbi rəhbərlik xalqın reaksiyasından, qəzəbindən qorxur". 

X.Bəşirov vurğulayıb ki, bu gün Prezident İlham Əliyev sayəsində müharibə meydanında müzəffər ordumuz düşmənin çoxillik  müdafiə blokadasını  uğurla yarıb:

"Bu gün Prezidentimiz münaqişənin ədalətli həlli üçün ciddi maneələr törədən diplomatik cəbhədə də böyük şücaət göstərməkdədir. Hər gün dünyanın aparıcı və nəhəng media qurumlarına geniş və əhatəli müsahibələr verməklə, uzun illər ərzində Qarabağ konflikti ilə bağlı reallıqları dünya ictimaiyyətinə şəffaf şəkildə çatdırır. Nəticədə qərəzli informasiya blokadasını da darmadağın edir. Sonda onu da qeyd edim ki, Qarabağın hər bir nöqtəsi Azərbaycandır!".

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu