BMT yenidən onlayn iclas formatına qayıdır

BMT Baş Assambleyası komitələrinin iclasları və Təhlükəsizlik Şurasının növbəti iclasları yenidən onlayn formata qayıdır.  

TASS agentliyi xəbər verir ki, bu qərar BMT nümayəndəliklərinin işçiləri arasında koronavirus infeksiyasına yoluxma hallarının qeydə alınmasına görə verilib.

“Daimi nümayəndəliklərdən birində baş verən beş infeksiya hadisəsi barədə məlumat aldıqdan sonra, BMT-nin tibb xidmətindən xəstələrlə mümkün təmasların araşdırılması üçün 27 oktyabr tarixində BMT-nin mənzil-qərargahında bütün şəxsi görüşlərin ləğvi barədə tövsiyə aldıq”, - deyə BMT Baş Məclisi sədrinin ofisi tərəfindən dərc edilən məlumatda qeyd olunur.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu