Düşmən Tərtəri "Smerç"lərlə atəşə tutub - RƏSMİ

Düşmən Tərtər rayonunun ərazisini raket atəşinə məruz qoyub.
Bu barədə Lent.az -a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilir ki, humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri dinc sakinlərimizi raket atəşinə tutmağa davam edir.
Oktyabrın 28-da saat 10:15-də düşmən “Smerç” yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini və rayonunun ərazisini atəşə tutub. Xəsarət alan yoxdur.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu