TF 1-ə təzyiq ! - “Fransa həqiqət sınağından çıxa bilmədi” - Dözümsüzlük !

“Demokratiyanın bəşiyi hesab edilən ölkənin həqiqətə dözülməzliyi sadəcə təəssüfləndiricidir”

“Görünür, Qərbdə, konkret olaraq Fransada həqiqətə qarşı dözümsüzlük var”

«Sərhədsiz Reportyorlar» TF 1 televiziyasının jurnalistinin Dağlıq Qarabağ münaqişəsi haqqında hazırladığı reportajın yayımından sonra ona qarşı internet üzərindən sərt hücumların olduğunu bəyan edib. Oktyabrın 22-də TF 1 kanalının “saat 20”verilişində Azərbaycanın cəbhə xəttindən, Dağlıq Qarabağ separatist regionunda döyüşlərin yenidən başlanmasından bəhs edən reportajın yayımından sonra müxbir təzyiqlərə məruz qalıb.

Fransanın erməni icması repartyor Liseron Budula “Facebook” və “Twitter” sosial şəbəkələrində nifrət dolu mesajlar ünvanlayıblar. O, hətta « genosid törədənlərin fahişəsi » kimi qələmə veriblər. Eyni zamanda jurnalisitin telefon nömrəsi əldə edildikdən sonra “WhatsApp” üzərindən də təzyiqə məruz qaldığı deyilir. Televiziya kanalı da həmçinin sistemli olaraq, sosial şəbəkələr, elektron poçt ünvanı və telefon zəngləri ilə narahat edilib. 

Qeyd edək ki, Oktyarın əvvəli digər iki fransız jurnalisti də Dağlıq Qarabağ münaqişəsi haqqında dərc etdikləri məqalələrdən sonra internet üzərindən erməni icmasının təhdidləri ilə üzləşiblər. 

Əlbəttə, bu cür hallar yolverilməzdir. Sinəsinə döyüb öyünən Fransa söz və ifadə azadlığına məhəl qoymadan, özü də ancaq işini görüb, həqiqəti yazdığına görə “dördüncü hakimiyyət” nümayəndəsinə təzyiq göstərirsə, başqası nə etsin?

Vəziyyəti "Sherg.az"a şərh edən BDU-nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli belə halların yolverilməz olduğunu düşünür. Onun sözlərinə görə, bəlkə də, Rusiyanı müəyyən qədər başa düşmək olar:

“Çünki orada avtoritar siyasi sistem hökm sürür. Amma axı Fransa söz və ifadə azadlığına iddia edir. Demokratiyanın bəşiyi hesab edilən ölkənin həqiqətə dözülməzliyi sadəcə təəssüfləndiricidir. Görünür, Qərbdə, konkret olaraq Fransada həqiqətə qarşı dözümsüzlük var. Ümumiyyətlə, Fransa, o cümlədən prezident Emanüel Makron həqiqət sınağından çıxa bilmədi. Ona görə də dünyada ona qarşı münasibət dəyişdi”.

Q.Məhərrəmli, həmçinin TF 1 kanalının məsələyə reaksiyasından da söz açıb: 

“Obyektiv reportajı televiziya ekranından çıxarmaq, arxivlərdən sildirmək sadəcə biabırçılıqdır. Amma televiziyanın da öz prinsipləri olmalıdır. Hər halda təzyiqlərə müqavimət göstərmək lazım idi. Çıxış yolu ilə balanslaşdırılmış metarial yaymaq, balanslaşdırılmış informasiya siyasətidir. Hərçənd, “Le Monde”, “Le Figaro” kimi qəzetlər səhərdən axşamacan erməni mövqeyini təbliğ edirlər. Bir reportajın bu qədər ciddi dalğa yaratması isə Fransadakı erməni diasporunun siyasətə, parlamentə kifayət qədər təsir göstərə bilən lobbinin fəaliyyətinin nəticəsidir”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu