İranda 415 nəfər də koronavirusdan öldü

İranda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 415 nəfər ölüb.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.
S. Sadat Larinin sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 33 714 nəfərə çatıb.
Nazirlik rəsmisi deyib ki, İranda son sutka ərzində 2 490 nəfər koronavirusa yoluxub. Beləliklə İranda COVID-19-a yoluxanların sayı 588 648 nəfərə çatıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu