Vəziyyət gərgindir ! - “Ermənistanın mövcudluğu sual altına düşə bilər” 

"Bu il sentyabr ayının 27-dən oktyabrın 26-dək olan müddətdə davam edən Vətən müharibəsində Ermənistanın məhv edilən və hərbi qənimət kimi götürülən texnikasının dəyəri 2,7 mlrd. ABŞ dollarını ötüb". Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı deyib. Onun sözlərinə görə, bu müddət ərzində Ermənistan ordusunun 252 tankı məhv edilib, 53 tankı qənimət kimi götürülüb.

"Ermənistan 79 ədəd piyadaların döyüş maşını, 275 müxtəlif çaplı top, 106 minaatan, 53 tank əleyhinə vasitədən məhrum edilib. 82 “Qrad” qurğusu, 2 “Uraqan” Yaylım Atəşli Raket Sistemi, bir “TOS” sistemi məhv edilib. Eyni zamanda 4 “TOR”, 40-a yaxın “OSA”, 4 “KUB”, bir “KRUQ”, 2 S-125 zenit-raket kompleksləri və qurğuları zərərsizləşdirilib. Həmçinin, 6 S-300 atıcı qurğusu, bir aşkaretmə stansiyası, bir lokator, bir “Toçka-U”, 2 Elbrus əməliyyat taktiki raket kompleksləri məhv edilib.

Əlavə olaraq, 20-i silah-sursatla dolu olan 231 yük avtomobili məhv edilib, 173 yük avtomobili isə hərbi qənimət kimi götürülüb. Qeyd edək ki, bu tam siyahı deyil, yaxınlarda Ermənistanın hərbi texnika və sursat itkisi barədə əlavə məlumat veriləcəkdir.

Məhv edilən hərbi texnikanın içərisində Ermənistanın iqtisadi gücünün əldə etməyə heç bir imkan vermədiyi dəyəri yüz milyonlarla dollarla ölçülən S-300 sistemlərindən, satışı qadağan olunan ballistik “Elbrus” raket sistemlərinə qədər çoxnövlü silah arsenalına rast gəlinməsi Ermənistanın ötən 30 il ərzində qanunsuz silahlandırılmasına da aydınlıq gətirib”, - deyə V. Qasımlı bildirib.

 Əlbəttə, bu göstərici hər bir dövlət, xüsusilə Ermənistantək “cırtdan”lar üçün ciddi itkidir. İşğalçı dabanına tüpürüb qaçsa, yaxşı olar. Əks halda birazdan başlarına papaq almağa da pul tapmayacaqlar.

 Millət vəkili, iqtisadçı Vahid Əhmədov Ermənistandakı vəziyyəti “Sherg.az”a təhlil edib:

 “Əlbəttə, bu, kifayət qədər ciddi itkidir. Bütün köməkliklərə, o cümlədən silah-sursat, qida yardımlarına rəğmən, təcavüzkar ölkədə nəinki iqtisadi, hətta siyasi vəziyyət də çox gərgindir.

Hakimiyyətin bu böhrandan çıxa biləcəyinə inanmıram. Onun yeganə çıxış yolu prezidentimizin də dediyi kimi, ordusunu Dağlıq Qarabağdan çıxarmaqdır. Özləri xoşluqla çıxmasalar, ordumuz onsuz da torpaqlarımızı “təmizləyəcək”. Amma bundan sonra geosiyasi vəziyyət dəyişəcək.

Hətta, ola bilsin, Ermənistanın bir dövlət kimi mövcudluğu da sual altına düşsün”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu