Cinayətkarlar ədalətdən qaça bilməyəcəklər - XİN

“Təcavüzkar Ermənistan ordusu tərəfindən Azərbaycanın Bərdə şəhərinə “Smerç” raketləri atılıb. Yenə də münaqişə bölgəsindən uzaqda yaşayan dinc əhaliyə qarşı xain bir hücum həyata keçirildi!”

Lent.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.

“Bu müharibə cinayətlərinə səssiz qalmaq təhrik etməyə bərabərdir! Cinayətkarlar ədalətdən qaça bilməyəcək və məsuliyyət daşıyacaqlar”, - məlumatda qeyd olunub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu