Prezidentin köməkçisi: “Şərəfsizcəsinə o kasetli bombanı atdılar ki, mülki şəxslər ölsünlər”

“Ermənilərin mülki əhalini hədəf alması insanlıq əleyhinə cinayətdir. Bu, Azərbaycan xalqın əzmini sarsıda bilməz. Bu, bizim əzmimizi daha da gücləndirir”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdə səfərində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan xalqının tələbi işğal altında olan torpaqlarımızı azad etməkdir:

“Şərəfsizcəsinə o kasetli bombanı atdılar ki, mülki şəxslər ölsünlər və ölkədə qorxu yaransın. İnsanlar qorxmurlar. Prezident İlham Əliyevin əmri ilə biz Bərdədə xalqımızla birlikdəyik”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu