“Burda yeni tarixin baş mermarı olan Ali Baş Komandanımızın iradəsi var” - MÜSAHİBƏ

Akif Aşırlı: “Dünyada haqqın üzərində öz standartlarımzı yaratdığımıza görə bizə qarşı təhdid və təzyiqlər var”
 

Sentyabrın 27-dən başlayaraq Azərbaycana qarşı hərbi təcavüzü aktivləşdirən işğalçı, vandal Ermənistan heç bir beynəlxalq təzyiqlə üzləşmədi, susdurulmadı. Əvəzində 30 ildir öz torpaqlarını azad etmək üçün beynəlxalq hüququn ədalətli qərarını səbrlə gözləyən Azərbaycana təzyiqlər göstərilir. Bu fakt beynəlxalq hüququn biabırçı simasıdır və o, Ali Baş Komandanın  xarici mediaya verdiyi müsahibələrində açıq şəkildə bəyan edildi.

Bu mənada Prezident İlham Əliyevin xarici mediaya verdiyi müsahibələr sözün əsl mənasında dünyanın siyasi arenasına, beynəlxalq ictimaiyyətə verilən ən yüksək master-klassdır. Prezident müsahibələrində beynəlxalq təşkilatları bir daha ədalətli olmağa səslədi. Bundan kimlərin hansı dərsi götürəcəyinə gəlincə isə bu, gündəmin müzakirə mövzusu olaraq qalır.
 

Versus.Az xəbər verir ki, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı müsahibəsində bu və ya digər məqamlarla bağlı maraqlı nüanslara diqqət çəkib.

- Akif müəllim, Prezidentin xarici mediaya verdiyi son müsahibələr və ondan doğan nəticələr nədən ibarətdir. Necə hesab edirsiz, Prezident bu müsahibələri ilə Azərbaycan informasiya məkanındakı qapanmış sərhədləri nə qədər açmış oldu və hansı mesajını verdi?

- Sentyabrın 27-dən başlayaraq, ta bu gün qədər 1 ay müddətində həm Avropa ölkələrinə, həm Amerikanın, Rusiyanın kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrinə, bir kəlmə ilə belə bir qiymət vermək olar; mükəmməl! O baxımdan mükəmməldir ki, Prezident Dağlq Qarabağ probleminin mahiyyətini, bu problemin yaranma səbəblərini və tarixi kökləri barədə Avropanı, Şərqi eləcə də digər qütblərdə yaşayan dünya ictimaiyyətini bir daha məlumatlandırdı. Prezident müsahibələrində beynəlxalq hüququn işləmədiyini, ikilistandartların olduğunu bəyan etdi. Azərbaycan xalqının itirilmiş torpaqlarını işğaldan azad etmək üçün yüksək əzm göstərdiyini dedi. Prezidentin verdiyi müsahibələrlə bağlı sosial şəbəkə auditoriyasının, ayrı-ayrı fikir insanlarının birmənalı mövqeyi belədir ki, bu müsahibələr bizim  siyasi, politoloji, hərb tarixinə düşəcək. Bu müsahibələr Prezidentin hazırlıq səviyyəsinin çox yüksək olmasının göstəricisidir. Eyni zamanda bugünkü qələbələrimizin əldə olunmasında Azərbaycan Ordusunun, ona rəhbərlik edən Ali Baş Komandanın nə dərəcədə yetkin olduğunu dünya gördü. Bu da bizim qələbələrimizin, uğurlarımızın açarı kimi görünür.  Mən bu müsahibələri terrorçu Ermənistanın baş nazirinin verdiyi müsahibələri müqayisəyə çıxarmaq istəməzdim. Lakin belə bir deyim də var: hər bir Prezident öz xalqına layiqdir. Türk milləti olaraq daxilimizdən gələn o milli qüruru, xalqın torpaqlarını azad görmək istəyini, mübarizlik əzmini dünya mediasına çatdıran çox mühüm müsahibələr oldu. Biz hərb meydanında nə qədər uğur qazanmışıqsa, həmin müsahibələr bu uğurlara ikiqat uğur gətirdi.


- Ali Baş Komandanın müsahibələri Azərbaycanımızın haqq-ədalət səsi idi və təbii olaraq haqqın yanında dayanan Prezident daha inamlı, daha cəsarətli cavabları ilə dünya mediasının da diqqətini çəkdi. İndiki vəziyyətdə mövqeləri bizə bəlli olan beynəlxalq ictimaiyyətin vicdanını oyadacaqmı?


- Məsələ burasındadır ki, Dağlıq Qarabağın erməni işğalı ilə bağlı dünyanın qulaqları kar olmuşdu. Artıq bu kar olmuş qulaqlar həqiqətləri eşitmyə başlayıb. Həqiqətlər onların kar qulaqlarının pərdələrini deşib. Bu baxımdan düşünürəm ki, bu cür müsahibələrin verilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması istər-istəməz öz təsirini göstərir. 

Təbii olaraq, Azərbaycan Prezidentinin özünə bir güvəni var. Çünki haqlı tərəfdir, haqqını müdafiə edir. Haqqın qarşısında geri çəkilmək olar, amma bu haqqı heç vaxt dana bilməzlər.  Prezidentin bu güvəni xalq, Ordusuna olan inamdir.

- Prezident xalqa müraciətində müsahibələrdə daha çox Türkiyənin F-16 qırıcılarının Azərbaycanda olması ilə bağlı qərəzli suallarla rastlaşdığını dedi və onun mahiyyətinə toxundu. Və onlara “Niyə erməni əsgərləri Azərbaycan torpağında” sualını vermədiklərini soruşdu və bunu tələb etdi.


- Tarixin müxtəlif dönəmlərində sübut olundu ki, Azərbaycanı səmimi qəlbdən dəstəkləyən, onun yanında olan, ona arxa duran bir Türkiyə var. Türkiyənin bu gün söz sahibi oması, Ərdoğanın qətiyyəti və Azərbaycanı bu gün diplomatik, hərbi, iqtisadi sahədə tək qoymaması xüsusilə qeyd olunmalı və yaddan çıxarılmamalıdr. Türkiyə bu gün Azərbaycanı müdafiə etdiyinə görə iqtisadi sanksiyalarla üz-üzədir. Dünəndən bu günə baxsaq, Türkiyənin milli valyutası nə qədər təzyiqlərə məruz qalıb.  Bütün bunlar hamısı regionda Azərbaycanın müdafiəsi ilə bağlı ortaya çıxıb. Bu, böyük dövlətin, milli soykök, qan etibarilə qardaşımız olan Türkiyənin böyük siyasi iradəyə söykənən cəsarətli addım idi. Biz bunu unutmamalıyıq. Azərbaycan geosiyasi nöqteyi-nəzərindən öz tarixi məkanını tapdı və yəqin etdi ki, bizim yerimiz Türkiyənin yanındadır.

- Akif müəllim, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətləri əks etdirdiyənə görə Fransanın TF1 telekanalı Fransada yaşayan ermənilərin ciddi təzyiq və təhdidinə məruz qalıb. Üstəlik, Avropa, demokratik ölkə olan Fransada islam dinini təhqir etdiyinə görə bütün dünyada milyonlarla müsəlmanın haqlı tələbinə məhəl qoyulmur. Bunlar nəyin göstəricisidir?

- Bu gün Fransada bir müəllim bizim peyğəmbərimizi təhqir edir, dini inanclarımıza əl qatır və buna da etiraz edəndə hesab edirlər ki, bu azad sözün məhdudlaşdırılmasıdır, azad fikrə təpkidir. Yaxşı, indi gəlib Qarabağda reportaj hazırlayan öz vətəndaşın olan fransız jurnalisti həqiqətləri söyləyəndə niyə onun azad fikrinə təpki edirsən?! Erməni diasporası ona qarşı çıxaraq məlumatların yayılmasının qarşısını alanda niyə həmin münasibəti göstərmirlər. Niyə demirlər ki, jurnalist toxunulmazlığı var, azad sözə sərhəd qoymaq olmaz və bu sözün qarşısını kəsmək olmaz. Hansı ki, jurnalistin təhdid olunması da dünyada və beynəlxalq aləmdə ciddi reaksiya ilə qarşılanan hadisədir. Prezident də dedi ki, necə ola bilər ki, beynəlxalq qanunlar başqa ölkələrdə olduğu şəkildə uyğulana bilir, Azərbaycan gələndə beynəlxalq hüquq arxa plana keçir?! Bu, Avropanın, dünyanın standartlarıdır və dünyada haqqın üzərində öz standartlarımzı yaratdığımıza görə bizə qarşı təhdid və təzyiqlər var. Və belə təhdidlər bizi qorxudan deyil. Prezident də dedi ki, dünya 4-lük deyil, 5-dən çoxdur.

Digər tərəfdən, Azərbaycan Qoşulmama Hərəkatına üzv olan zaman əvvəl bizim bəzi KİV-lər həmin Hərəkatdakı dövlətlərin geridə qalmış ölkələr olduğunu deyib hay çəkirdilər. Amma son nəticədə gördük ki, BMT Təhlükəsizlik Şurasının hazırlanan son bəyanatında 4 qətnaməyə istinad olunmayan yeni bir qətnamə hazırlandı və həmin qətnamənin qəbul olunmamasında Qoşulmama Hərəkatına üzv olan o dövlətlər bizə dəstək durdu. Görünən budur ki, Azərbaycanın hər bir məsələdə ölçülü-biçili davranşları və xüsusilə ordumuzla, cəbhədə əsgərlərimizin rəşadəti ilə şərəfli bir tarix yazdı. Burda yeni tarixin baş memarı olan Ali Baş Komandanımızın iradəsi var. Və burada Türkiyənin də rolu yüksəkdir.

- Sosial şəbəkələrimizdə Ermənistanın təcavüzünə qarşı aparılan təbliğat nə vəziyyətdədir?

- Sosial şəbəkələr son dönəmlərdə birmənalı şəkildə çox aktiv fəaliyyət göstərir. Burda gənclərin rolunu qiymətləndirməmək olmaz. Erməni seqmentinə aid olan sosial şəbəkələrdə Azərbaycan gəncləri çox fəaldır. Yəni ermənilərin yazdığı, yaydığı o uydurmalara ən sərt, obyektiv reaksiyalar verən, Avropa dillərində Qərbə doğru informasiyaları yayan gənclərimiz sanki bir əsgər kimi səngərdə döyüşürlər. Çox təəssüflər olsun ki, Azərbaycana aid olan seqmentdə bəzən xırda-para qüsurlar üzə çıxır və biz müəyyən neqativ qüvvələrə xidmət etmək istəyənlərin varlığını görürük. Bu hal bizi qorxutmamalıdır. Bizim yolumuz haqq yoludur, tanrı yoludur və bu yolda allah hamımıza kömək olsun. /hafta.az/

- Amin

Paylaş

Bizi Facebookda izləyin
menu
menu