Sağalmaz yaralar açılır !- “ Fransa hökuməti İslamla düşmənliyi dayandırmalıdır”

Rauf Arifoğlu: “Və, sizi inandırım ki, bu, həmin dövlətə fayda verməz”



"Fransa müsəlman ölkəsidir"- Bunu Fransanın İsveçdəki səfiri Etien de Qonvil paytaxt  Stokholmda yayımlanan "Agenda" verilişindəki çıxışında söyləyib.
Qonvil açıqlamasında "İslam Fransanın ən böyük dinidir. Buna görə də Fransa müsəlman ölkəsi sayılır. Ölkədə 4-8 milyon arası müsəlman yaşayır. Əvvəlcə, müsəlmanlar bizi anlayacaqlar", - deyə qeyd edib.

Siyasətçi normal müsəlmanların hörmətli insanlar olduqlarını və radikal müsəlmanları tənqid etdiklərini söyləyib.
Düzü, diplomatın bu açıqlaması şəxsən məni təəccübləndirdi. Çünki Fransa prezidenti Emanuel Makron həmişə olduğu kimi, indi də islamofobiya siyasəti yeridir, müsəlmanları hədəf alır.

“Yeni Müsavat” media holdinqin rəhbəri Rauf Arifoğlu bu paradoksal vəziyyətlə bağlı münasibətini “Sherg.az”la bölüşüb:

 “Mənə elə gəlir ki, həmin səfir Makrondan qat-qat ağıllı adamdır. Hər halda Fransada 3 milyon müsəlman yaşayır. Bu, çox ciddi rəqəmdir. Ermənilərin sayı isə cəmi 700 mindir. Onların “haqq” və “hüquq”larını müdafiə edən hökumət İslam dini ilə açıq-aydın düşmənlik edir.

Bu, Fransa ilə İslam dünyasının əlaqələrinə xələl gətirməkdir.

Ümumiyyətlə, hazırkı iqtidar çox yanlış yol tutub. Səfirin açıqlamasının sağlam xətt kimi özünü büruzə verməsini arzulayıram. Hökumət İslamla düşmənliyi dayandırmalıdır. Fransa iqtidarı çox uzağa gedib.

Sağalmaz yaralar açılır. Və, sizi inandırım ki, bu, həmin dövlətə fayda verməz”. 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu