Cenevrə görüşü nə vəd edir ? – AKTUAL ŞƏRH

“Cenevrədə də sıradan bir görüş olacaq. Amma bu, bizim mövqeyimizə təsir göstərmir. Prezidentin də dediyi kimi, o qədər mənasız görüş olub ki”

“Ermənistan hələ ki, bizim şərtləri qəbul etməyə hazır deyil. Deməli, onların bizim şərtlərlə razılaşmalarından ötrü daha çox ərazimizi azad etməliyik”


Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrə şəhərinin səfərinin vaxtı sabaha dəyişdirilib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib. Bildirilib ki, hazırda həmsdərlərdən yeni tarixlə bağlı təsdiq gözlənilir.

Görəsən, Cenevrə danışıqlarının nəticəsi necə olacaq? Yenə eyni “hava”?

 “Atlas”  Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bu barədə “Sherg.az”a danışıb. O, Cenevrə görüşünün formal xarakter daşıyacağını düşünür: 

“Ermənistan hələ ki, bizim şərtləri qəbul etməyə hazır deyil. Deməli, onların bizim şərtlərlə razılaşmalarından ötrü daha çox ərazimizi azad etməliyik. Ermənistan hakimiyyəti resurslarının tükənməsinə rəğmən, müharibənin davam etməsindən danışır. Üstəgəl, bu günlərdə Bərdə hədəfə alındı. Yəni Cenevrədə də sıradan bir görüş olacaq. Amma bu, bizim mövqeyimizə təsir göstərmir. Prezidentin də dediyi kimi, o qədər mənasız görüş olub ki”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu