ABŞ İrana qarşı sanksiyaları genişləndirdi


ABŞ növbəti dəfə İrana qarşı sanksiyaları genişləndirib.

Bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Bu dəfə sanksiya siyahısına beş nəfərin adı daxil edilib. Onlardan dördü İran, biri isə Hindistan vətəndaşıdır. Sözügedən şəxslərin hər biri sanksiya tətbiq edilmiş qurumlarda rəhbər postları tutur.

Bundan əlavə, sanksiya siyahısına 11 şirkət əlavə edilib. Onlardan dördü İran, beşi Honkonq, ikisi isə Sinqapur şirkətləridir. Bu şirkətlər neft-kimya və yük daşınması sektorunda fəaliyyət göstərir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu