Erməni təcavüzü nəticəsində 9 şagird ölüb, 50-ə yaxın məktəb yararsız hala düşüb - NAZİR

“Son 1 ayda Ermənilərin təcavüzü nəticəsində 9 şagird dünyasını dəyişib”.
"Sherg.az" məlumat verir ki, bu barədə tədrisin başlaması ilə bağlı keçirilən brifinqdə təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, uşaqların təcavüzə məruz qalması erməni terrorunun bariz nümunəsidir.

E.Əmrullayev əlavə edib ki, erməni təxribatı nəticəsində 50-ə yaxın məktəb yararsız hala düşüb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu