Gəncəliyev azərbaycanlıların Qafandan qovulması ilə bağlı video paylaşdı 


Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin Azərbaycan-Kanada Parlamentlərarası dostluq qrupunun rəhbəri Tural Gəncəliyev “Twitter” hesabında azərbaycanlıların Ermənistanın Qafan şəhərindən qovulması ilə bağlı video paylaşıb.

Videoda tanınmış rusiyalı yazıçı Aleksandr Proxanovun “Rossiya 1” telekanalına müsahibəsindən hissə əks edilib.

Proxanov deyir ki, “Qafanda çox sayda azərbaycanlı yaşayırdı. Amma ermənilər həmişə onları “torpağımızdan, suyumuzdan istifadə edirsiniz” deyə narahat edirdilər. Sonra ermənilər azərbaycanlıları oradan qovdular. Bu ermənilərin onlara qarşı törətdiyi ilk etnik təmizləmə idi. Yaşlılar, südəmər uşaqlı analar, uşaqlar, kişilər bu qovulma zamanı qarın içində qaldılar, dondular...”.

T.Gəncəliyev videonu aşağıdakı qeydlə paylaşıb:

“Azərbaycana təcavüzü başlamazdan əvvəl 300 mindən çox azərbaycanlının Ermənistanda yaşadığını bilirdinizmi?! 1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərində bütün azərbaycanlılar evlərindən qovuldular”.


Did u know that there were more than 300 000 #Azerbaijan/is living in #Armenia before aggression against

Paylaş

Bizi Facebookda izləyin