Ermənistanın cinayətləri ilə bağlı Avropa Məhkəməsinə müraciət təqdim edildi - RƏSMİ

“Azərbaycan Ermənistanın cinayət əməlləri ilə bağlı Avropa Məhkəməsinə müraciət təqdim edib”.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən cinayətlərlə Avropa İnsan Hüquqları Konvensiyasının müddəaları pozulub:
“Məsələlərə xüsusi diqqət yetirən beynəlxalq QHT-lər də buna münasibət bildirməyə başlayıblar.
Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsi - həyat hüququnun pozulması ilə bağlı Azərbaycan tərəfi dolğun məlumatlar təqdim edib”.
“Yaxın zamanlarda Azərbaycanın müraciətinin cavablandırılmasını gözləyirik”, - deyə o qeyd edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu