Aydın "Türk ocağı" Qarabağ savaşını müzakirəyə çıxarıb - FOTO

Məruzəçi Akif Aşırlı Vətən müharibəsi ilə bağlı məlumat verib, Azərbaycan xalqının mübarizə əzmindən danışıb


Dünən Türkiyə Aydın "Türk ocağı"nın dəstəyi və təşkilatçılığı ilə "Azərbaycanın Vətən savaşı" adlı konfrans keçirilib. Öncədən planlaşdırılan konfransda məruzəçi Azərbaycan "Türk ocağı"nın sədri, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı olub.

Aydın "Türk ocağı"nın başqanı, doktor Eyyub Salih Doyuran tədbirə qatılan iştirakçıları salamlayıb, Türkiyənin ən əsas gündəmi olan qardaş Azərbaycanda Vətən savaşı üzərinə diqqət çəkib. Azərbaycan "Türk ocağı" ilə birgə düzənlənən tədbir Qafqaz İslam Ordusunun hərbi zəfərinin rəmzi olan "Lalələr" mahnısı ilə açılıb.



Giriş nitqindən sonra Akif Aşırlı Azərbaycan "Türk ocağı"nın bərpası barədə məlumat verib. Türkiyə və Azərbaycanın son 100 ildə bir çox örnək ortaq tarix nöqtələrinə nəzər salan A.Aşırlı Qarabağda aparılan Vətənn savaşı, xalqın mübarizə əzmi barədə məlumat verib, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsinin zəfər ovqatı yaratdığını bildirib:

"Bu gün Azərbaycanda elə bir ev, ocaq yoxdur ki, Vətən savaşına köklənməsin. Çanaqqala savaşında tək övladının başına xına qoyub Vətən savaşına göndərən analar bu gün Azərbaycandadır. Azərbaycan əsgəri bu gün Qarabağda əsarətdə olan yurdları azad edir, qətiyyət və əzm göstərir". 

Akif Aşırlı Türkiyənin bu savaşda yanımızda olmasının mənəvi, siyasi və hərbi əhəmiyyəti barədə Balkan və Çanaqqala savaşlarında öz müstəqil dövləti olmayan bir xalqın Türkiyəyə dəstəyini xatırlayıb.

A.Aşırlı 1918-ci ildə Azərbaycan milli hərbi qüvvələri, könüllüləri və peşəkar türk ordusu heyətindən formalaşan Qafqaz İslam Ordusu Hərəkatının Bakının və Qarabağın işğaldan azad olunmasını möhkəm tarixi təməllər adlandırıb. 

Cəbhədə uduzduğundan, Azərbaycan Ordusunun müzəffər qələbələrindən psixoloji sarsıntı keçirən ermənilərin Azərbaycanın cəbhədən kənar yerlərini, Tərtəri, Bərdəni, Gəncəni raket atəşinə tutmasını, günahsız insanların, ahılların, körpələrin qətlə yetirilməsinin hərbi cinayət suçu olduğunu deyib.

Erməni hərbi birləşmələrinin son iki gündə Bərdəni atəşə tutmasından 90-dan çox mülki insanın yaralandığını, 26 nəfərin öldürüldüyünü, qətlə yetirilənlər arasında körpələrin olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.  A.Aşırlı sonda konfransa qatılanların suallarını cavablandırıb.  

Paylaş

Bizi Facebookda izləyin
menu
menu