“Əslim Bərdədəndir, qohumlarımdan yaralananlar var, amma...” 

“İnandırım sizi nəinki Bərdədə, zəng edirəm, başqa yerlərdə dostlarla əlaqə saxlayıram”

“Allaha şükür hamı yüksək əhval-ruhiyyədədir. Ancaq irəliləmək istəyirik. Heç nədən qorxmuruq. Hamının əhvalı yaxşıdır”  



Bir aydır ki, cəbhədə gərgin döyüşlər gedir. Ordumuzun şücaəti artıq hər kəsə məlumdur. Torpaqlarımız qarış-qarış işğaldan azad olunur. Biz də, Qarabağ da 30 illik kabusdan oyanırıq. Lakin işğalçı Ermənistan dövləti hərbdəki məğlubiyyəti ilə barışmaq istəmir. Olan qalan gücünü mülki əhalinin üzərində göstərməyə çalışır.

Bunun bariz nümunəsidir ki, Gəncə və Mingəçevirin ardından Bərdə də raket atəşinə məruz qalıb. 2020-ci il oktyabrın 28-də saat 13:00 radələrində düşmən şəhərdə dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə kaset bombalarından istifadə edilməklə zərbələr endirilib. Bunun nəticəsində 21 nəfər həlak olub, 70-ə yaxın şəxs isə yaralanıb. Həmçinin şəhərdə yerləşən mulki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Bundan başqa, Bərdə şəhəri 27 oktyabrda da atəşə tutulub. Həmin cinayətin nəticəsində isə 5 nəfər həlak olub.

 Əslən Bərdədən olan tanınmış aktyor, əməkdar artist Rafael İsgəndərov bu barədə “Sherg.az”a danışıb. O əvvəlcə ordumuzun uğurlarından söz açaraq sevincini dilə gətirib:

“Çox xoş təəssüratlarım var. Təbii ki, neçə ildir gözlədiyimiz, həsrətində olduğumuz gün artıq yetişib. Ali Baş komandanımız sağ olsun. Onun  sayəsində torpaqlarımız  azad olunur. Şəhidlərimizə üzülürük.

Allah onlara rəhmət eləsin, doğmalarına səbr versin. Əslində onların ailəsi hər birimizin əzizi, doğmasıdır. Bir sözlə inşallah tezliklə qələbə xəbərini eşidək. Şükür Allaha zəfər günlərini görürük, yaşayırıq”.

 R.İsgəndərov Bərdədə ermənilər tərəfindən törədilən terror hadisəsi haqqında isə bunları söyləyib:

“Bəli, əslim Bərdədəndir. Mənim də qohumlarımdan yaralananlar var. İnandırım sizi nəinki Bərdədə, zəng edirəm, başqa yerlərdə dostlarla əlaqə saxlayıram. Allaha şükür hamı yüksək əhval-ruhiyyədədir.

Ancaq irəliləmək istəyirik. Heç nədən qorxmuruq. Hamının əhvalı yaxşıdır”.  

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu