Koronavirusun əsas yayılma mənbəyi açıqlandı

ABŞ və Böyük Britaniyadan olan elm adamları ağız boşluğunu koronavirus infeksiyasının yayılmasının əsas mənbəyi adlandırıblar.
“İzvestiya”nın məlumatına görə, tədqiqatın nəticələri “medRxiv” portalında dərc olunub.
Bildirilir ki, dil, tüpürcək vəzləri və badamcıqlar daxil olmaqla ağız boşluğu virusun çoxalması üçün ən əlverişli yerlərdən biridir.
Alimlər, koronavirusun tüpürcək vəzlərinin boşluğuna nüfuz etdiyini və ağız suyunu udduqdan sonra infeksiyanın dərhal mədə-bağırsaq traktına girdiyini əlavə ediblər.
Bundan başqa, tədqiqatlara görə tüpürcək vasitəsilə virus digər insanları asanlıqla yoluxdura bilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu