Müdafiə Nazirliyi: “Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır”

"Ermənistan KİV-nin səhər saatlarından başlayaraq guya Azərbaycan Ordusunun bölmələrinin Xankəndini raket atəşinə tutması və nəticədə mülki əhaliyə maddi zərər vurulması barədə yaydığı xəbər yalandır və vəziyyətin gərginləşdirilməsinə yönəlib".

Bu barədə "Sherg.az"a Müdafiə Nazirliyindən bildirilib: "Bildiririk ki, bölmələrimiz yalnız düşmənin atəş nöqtələrinə zərbələr endirir".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu