Arutyunyanın Şuşadan məğlub videosu sonuncu müraciətdir

Əlisahib Hüseynov: "Bu cür çırpınışların faydası yoxdur"

Azərbaycan Ordusunun əks-hücum əməliyyatları qarşısında duruş gətirə bilməyən və umduğu beynəlxalq dəstəkdən məhrum qalan separatçı rejimin rəhbəri Araik Arutyunyan ermənilərə müraciət edib. Döyüş meydanında məğlub olduqlarını növbəti dəfə etiraf edən qondarma rejimin başçısı Azərbaycan Ordusunun artıq Şuşanın 5 kilometrliyində olduğunu bildirib və təşvişlə erməniləri birləşməyə çağırıb.

Arutyunyan “qələbə” üçün inamın lazım olduğunu bildirib və bütün kilsələrdən əsgərlər üçün dua etmələrini istəyib: “Səhər yuxudan duran hər bir erməni qələbə üçün dua etməlidir. Cəbhəyə gedin və döyüşün. Sizi təmas xəttində gözləyirlər”. Bundan əlavə qondarma “prezident” bir ay müddətində dünyanın bir çox dövlət başçılarına, o cümlədən Rusiya rəhbəri Vladimir Putinə dəfələrlə yalvarıb. Kreml başçısından “hərbi əməliyyatların dayandırılmasını” xahiş edib. Lakin göründüyü kimi separatçıların başçısının bütün cəhdləri nəticəsiz qalır. 

Düşmənin düşdüyü rəzil durumu “Şərq”ə təhlil edən Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, separatçı Arutyunyanın ermənilərə son video-müraciətində səsləndirdiyi fikirlər və etiraflar gözlənilən idi. Partiya rəhbərinin sözlərinə görə, dünənə qədər Ermənistana arxalanan və Azərbaycanı tez-tez hədələyən separatçı ciddi şəkildə təşvişə düşüb:

“Məğlubiyyətə uğradıqlarını, Azərbaycan Ordusunun Şuşaya yaxınlaşdığını istəməsə belə etiraf edib. Arutyunyan deyib ki, Şuşaya sahib olan Qarabağa sahib olacaq. Bu günlərdə özünü Ordumuzun zərbələrindən qorumaq üçün tez-tez məkan dəyişən, gah uşaq bağçasına, gah da zirzəmilərə sığınan terrorçubaşı Arutyunyan videomüraciətinin sonunda böyük bir həyəcan və təşviş hissilə bütün erməniləri Qarabağa səsləyib. Ancaq bu cür çırpınışların faydası yoxdur. Bundan sonra erməniləri heç nə xilas etməyəcək. Beyinsiz erməni quldurları öz sonlarının bu cür rüsvayçı aqibətlə yekunlaşacağını elə ilk gündən dərk etməliydilər”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu