İzmirdə zəlzələdən ölənlərin sayı 28-ə çatdı - YENİLƏNİB

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 28 olub.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib. O qeyd edib ki, hazırda 3-ü ağır olan 7 nəfər reanimasiyada, 243 nəfər adi qaydada müalicə olunur.

642 nəfərin müalicəsi isə başa çatıb.

***

16:01

“İzmirdə baş vermiş zəlzələdə 26 nəfər ölüb, 885 nəfər xəsarət alıb”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Van vilayətində keçirilən VII fövqəladə konqresində çıxışı zamanı deyib.

O bildirib ki, 15 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Türkiyə Prezidenti qeyd edib ki, zəlzələnin törətdiyi fəsadlar aradan qaldırılacaq.

***

15:40

Türkiyənin İzmir şəhərində zəlzələdən ölənlərin sayı 26-ya yüksəlib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda yaralananlardan 25-i reanimasiyada olmaqla 381 nəfər xəstəxanalarda müalicə olunur.

***

11:22

İzmirdə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində yaralananların sayı 804 nəfərdir.

Xilasetmə işlərinin aparıldığı 17 binadan 8-də işlər başa çatdırılıb, qalan 9 binada davam edir.

Xilasetmə işlərinə cəlb edilən heyətin sayı 6 min 49-dur.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu