İlk və nümunəvi təşəbbüs: Şuşada pulsuz ictimai kitabxana yaradılacaq

“Biz layihəni  birlikdə həyata keçirəcəyik. “Qanun Nəşriyyatı”  bütün gücü ilə kömək edəcək, dəstəkləyəcək”

  “Əli və Nino” kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli Şuşayla bağlı layihəsini açıqlayıb. O bu barədə rəsmi Feysbuk səhifəsində yazıb. Nigar xanım sözügedən işin xəyalı olduğunu xüsusi vurğulayıb:

“Şuşa ilə bağlı yəqin hərənin öz arzusu olub. Mənim də  vardı: Şuşa azad olarsa, orda pulsuz ictimai kitabxana yaradacam. Şuşa azaddır, indi növbə mənimdir”.

Nigar xanımın bu təqdirəlayiq təşəbbüsü ilə bağlı “Sherg.az”a danışan naşir, yazar Şahbaz Xuduoğlu deyib ki, həmin işdə onun da köməyi olacaq:

“Biz layihəni  birlikdə həyata keçirəcəyik. “Qanun Nəşriyyatı”  bütün gücü ilə kömək edəcək, dəstəkləyəcək. Fikrimcə, belə ictimai kitabxana Azərbaycanda ilk olacaq. Nümunəvi  işdir, bu səbəbdən də dəstəkləyirik.”

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəbova Yazarın yazıları
menu
menu