“Daha xaricdə deyəcəyik ki, biz güclü dövlətin nümayəndələriyik”

“Qələbə sevincini yaşamaq böyük xoşbəxtikdir”

“Müqəddəs torpaqlarımızın geri qaytarılması millətimizi çox sevindirir”


Sentyabrın 27-i Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə başlayan əks-hücum  əməliyyatları noybarın 10-da ordumuzun qələbəsi ilə sona çatıb. Düşmən hərtərəfli şəkildə geri çəkilib. Döyüş meydanında səsi kəsilən Ermənistanın başı heç siyasi arenada da ötmür. Ara-bir baş nazirləri gizləndiyi dəlikdən canlı yayımlar açaraq xalqına səslənir. Məğlubiyyətinə don geyindirməyə, millətinə özünü yenidən sevdirməyə çalışır. Axı nə məcburdur? Məgər hər şey göz qabağında deyilmi?Əlbəttə elədir.

Biz də səbr və təmkinlə rayonlarımızı boşaltmaqlarını gözləyirik. Bəyannamədə müəyyən edilmiş tarixlərdə  əzəli torpaqlarımızdan çıxıb getməkləri üçün səbirsizlənirik. O günü də görəcəyik. Necə ki, Şuşamızı qədəmləri ilə gülüstana çevirən əsgərlərimizi görüb fərəhlənirik. Eləcə də igidlərimiz qarış-qarış bütün Qarabağ torpağında gəzəcəklər.  

Şübhəsiz ki, Qarabağımız azaddır, hürdür. 

“Sherg.az”la təəssüratlarını bölüşən əməkdar artist Təyyar  Bayramov da böyük qələbədən dolayı sevincli olduğunu söyləyib:

“30 ildir münaqişə davam edirdi. 28 ildir ki, Qarabağ torpaqlarına həsrət qalmışdıq. Görürsüz bədnam qonşularımız işğaldan azad olunan torpaqlarımızı nə günə qoyublar. Şükürlər olsun ki, qüdrətli ordumuzun və qətiyyətli Ali Baş Komandanımızın səyləri nəticəsində torpaqlarımızı düşmənlərdən geri aldıq. Bu yolda şəhidlərimiz oldu. Onların ruhu qarşısında baş əyirik. Əsgərlərimiz tarix yazdı. Bütün dünyaya göstərdilər ki, Azərbaycanın qüdrətli ordusu var. Təbii ki, xalq olaraq sevincliyik. Qələbə sevinci yaşamaq böyük xoşbəxtlikdir. İnşallah digər rayonlarımız da tamamilə boşaldılacaq. Alnı açıq, üzü ağ bütün dünya ölkələrində deyəcəyik ki, biz azərbaycanlıyıq, güclü dövlətin nümayəndələriyik. Bir gözümüz gülür, biri ağlayır. Müqəddəs torpaqlarımızın geri qaytarılması millətimizi çox sevindirir”.

T. Bayramov  deyib ki, 44 günlük döyüş müddətində sənət adamları cəbhə bölgələrinə hərbçilərin görüşünə gediblər:

“Əsgərimizin bir saniyəlik həyəcanı əvəzolunmazdır. Bir sözlə  Azərbaycan ordusuna, cənab Prezidentə eşq olsun.”

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu