Ordumuz tarixi qələbə qazanıb

Sahib İbrahimov da qələbə sevinci yaşayır

Böyük qələbəmizin elan ediliyi gündən bir həftə keçir. Şanlı tarixin yazıldığı, ədalətin bərqərar olduğu 10 noyabrdan. 
Bu müddət ərzində xalqımız doya-doya qələbə sevincini yaşayıb. Gah evdən hayqırıb, gah da küçələrə səs salıb. İşğaldan azad olunmuş torpaqlarda işığımız yanmağa, tar-kaman səsləri yüksəlməyə başlayıb. Bütün bunlar ərənlərimizin, igid əsgərlərimizin əməyinin, əziyyətinin bəhrəsidir. 

Biz də bu müddət ərzində zəfər sevincimizi bir-birimizlə bölüşdük. 

Sevilən müğənni Sahib İbrahimovu da zəfər gündəliklərimizə əlavə etdik. Sənətkar "Şərq"ə hamı kimi sevincli olduğunu söylədi:

“Qələbəmiz cənab Prezdentimiz, qüdrətli sərkərdəmiz başda olmaqla  ordumuzun uğurudur. Təbii ki, qüdrətli sərkərdə olmasa, ordu heç nəyə nail ola bilməz. Zabitlərimiz, əsgərlərimiz, gizirlərimiz, generallarımız hər biri tarixi qələbə yazdı. Hamımızı, bütün Azərbaycanı təbrik edirəm. Həm sənət adamı kimi, həm də Birinci Qarabağ müharibəsinin qazisi kimi xalqımın zəfərini qutlayıram. Var olsun, Ali Baş Komandanımız və müzəffər ordumuz...”

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu