Yoluxmanın çoxalması karantin müddətinin uzadılmasına səbəb oldu - Baş infeksionist


Azərbaycanda gündəlik yoluxma sayının artması xüsusi karantin rejiminin müddətinin dekabrın 28-dək uzadılmasına səbəb olub.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, yoluxma sayının artması həm təbii səbəblər, həm də insanların münasibəti ilə bağlıdır.

Baş infeksionist əlavə edib ki, yoluxma sayındakı artım oktyabrın ortalarından müşahidə edilməyə başlanılıb. Artıq bir aydan çoxdur ki, Azərbaycanda bu mənfi dinamikanın izlənildiyini deyən T.Eyvazov qeyd edib ki, kəskin respirator virus infeksiyalarına mövsümülük xas olsa da, bunu hələlik koronavirus haqqında tam olaraq, demək mümkün deyil:

"Ancaq hər halda biz bunu görürük ki, fəsillərin dəyişməsi ilə əlaqədar yoluxma sayında artım müşahidə edilir. Əgər hava soyuduqca yoluxma sayında artım müşahidə edilirsə, demək burada bir qanunauyğunluq var".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu