Paşinyanın reytinqi 55 faiz azaldı

Qarabağdakı müharibənin nəticələri Ermənistan Baş naziri Nikol Paşinyanın reytinqinə güclü zərbə vurub.

Axar.az xəbər verir ki, bu iddia ilə “Doyçe Velle” çıxış edib. Məlumata görə, iyulda Qallup şirkətinin keçirdiyi sorğuya əsasən, Ermənistan əhalisinin 85%-i Paşinyanı dəstəklədiyi halda hazırda bu dəstək 30%-dən aşağı düşüb.

“Doyçe Velle”yə açıqlama verən erməni ekspert Manvel Qumaşyan Paşinyanın belə reytinq itkisinin İrəvanın savaşda məğlub olmasıyla əlaqələndirib. O, cəmiyyətin kəskin şəkildə qütbləşdiyini bildirib. Qumaşyan hazırda əsas dominant ideyanın Paşinyan və komandasının getməsiylə bağlı olduğunu söyləyib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu