Rusiya Qarabağda humanitar problemlərin və qaçqınlar məsələsinin həllinə sadiqdir - Lavrov


Rusiya üçtərəfli bəyanatın imzalanmasından sonra Dağlıq Qarabağda humanitar problemlərin və qaçqınlar məsələsinin həllinə sadiqdir.

Trend-in məlumatına görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib.

O bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında imzalanış razılaşma bu məsələlərin həll olunmasına imkan yaradır:

"Bölgədə fəaliyyət göstərən sülhməramlılarla yanaşı, prezident Putinin fərmanı ilə yaradılan qurumararası mərkəz artıq işə başlayır və bu məsələləri nəzarətdə saxlayacaq".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu