Şəhidin cəbhəyə getdiyi gün qızı doğulub - Video


O, cəbhəyə yollanan gün körpə Fidanı doğulub. Söhbət Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan tabor komandiri Surxay Noçuyevdən gedir.

Axşam.az xəbər verir ki, "Xəzər Xəbər" şəhidin ailəsi ilə bağlı süjet hazırlasyıb. Şəhid zabitimizin atası Əbdül Noçuyev deyir ki, oğlu Füzuli, Hadrut, Cəbrayıl, Qubadlı ilə yanaşı, Zəngilanın, doğma Məmmədbəyli kəndinin də azadlığını yaşayıb, bircə Şuşadan nigaran gedib.

Ailəli olan Surxaydan geriyə 2 körpə balası qalıb: üzünü belə görmədiyi 2 aylıq Fidan və atasının şəhidliyindən hələ də xəbərsiz olan 5 yaşlı Uğur.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu